İran Zelenskinin iddialarına cavab verib

İran Zelenskinin iddialarına cavab verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ukrayna prezidenti Vladimir Zelenskinin İran əleyhinə səsləndirilən fikirlərinə münasibət bildirib.

Az.rasthaber.com xəbər verir ki, Kənani deyib:

"İran hər zaman Ukraynadakı müharibəyə qarşı olduğunu və Ukrayna xalqının əzabından çox təəssüfləndiyini bəyan edib və buna tez bir zamanda son qoymaq üçün siyasi həll yolunun tapılmalı olduğunu vurğulayıb.

Ukrayna prezidentinin İran əleyhinə əsassız iddialarını təkrarlaması göstərir ki, o, İran hökuməti və xalqına qarşı təbliğat və media müharibəsi ilə bir sıradadır və bu, daha çox silah və maliyyə yardımı əldə etmək üçün edilir".

Nasir Kənani İrana qarşı siyasi iddiaların və nümayişlərin Ukraynadakı müharibənin reallıqlarını dəyişməyəcəyini və Tehranın bu məsələdə Kiyevlə danışıqlara hazır olduğunu bildirərək deyib:

"Ukrayna tərəfinin iddiaları araşdırmaq üçün İranla ekspert danışıqlarından yayınması bu iddiaların əsassız olduğunu göstərir."

Xəbəri paylaş

VİDEOLAR