İran: Yəmənə tətbiq edilən mühasirə tamamilə aradan qaldırılmalıdır

İran: Yəmənə tətbiq edilən mühasirə tamamilə aradan qaldırılmalıdır

Hüseyn Əmir Abdullahiyan Yəmən xalqının Səudiyyə Ərəbistanı koalisiyasının hücumlarına qarşı müqavimətinə və Yəməndəki böhranlı vəziyyətdən narahatlığına işarə edərək, mühasirəni tam aradan qaldırmağın vacibliyini vurğulayıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri bunu Yəmənin “Milli Qurtuluş Hökuməti”nin Tehrandakı səfiri ilə görüşü zamanı deyib.

Hüseyn Əmir Abdullahiyan Yəmənə tətbiq edilmiş mühasirənin tam şəkildə aradan qaldırılmasını, daimi atəşkəs yaratmaq və öz müqəddəratını təyinetmələri üçün yəmənlilərin danışıqlarına lazımi zəmin və şəratin yaradılmasının vacibliyini vurğulayıb.

Xarici işlər naziri əlavə edib: Yəmən xalqı öz taleyini müqavimət ruhu ilə və sayıqlığı ilə həll edir.

Öz növbəsində Milli Qurtuluş Hökumətinin səfiri İbrahim Əl-Dəyləmi görüş zamanı İran İslam Respublikası, hökuməti və xalqının Yəmənə dəstək mövqeyini yüksək qiymətləndirib.

Görüşdə Əl-Deyləmi müvəqqəti atəşkəs prosesi və son hadisələrlə bağlı xarici işlər nazirinə məlumat verib.

Xəbəri paylaş

VİDEOLAR