İran: Yəmən müharibəsinin davam etməsi heç kimin maraqlarına cavab vermir

İran: Yəmən müharibəsinin davam etməsi heç kimin maraqlarına cavab vermir

İran və BƏƏ XİN başçıları Hüseyn Əmir Abdullahiyan və Abdulla bin Zaid Ali Nəhəyyan arasında telefon danışığı baş tutub.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, iranlı nazir iki ölkə arasındakı əlaqələsi müsbət və mütərəqqi adlandırıb.

"İki ölkənin rəsmi şəxsləri arasında yaxşı görüşlər və məsləhətləşmələr mövcuddur", - deyə o qeyd edib.

Abdullahiyan Yəmən böhranına toxunaraq deyib ki, "biz hesab edirik ki, müharibənin davam etməsi və münaqişələr və mübahisələrin yayılması heç bir tərəfin və ya regionun maraqlarna cavab vermir".

İran XİN başçısı İsrail rejiminin mövcudiyyətini bütün ölkələr və region üçün təhdid adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR