İranın Xarici İşlər Nazirliyinə kimin başçılıq edəcəyi bəlli olub.
Az.rasthaber.com xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası tərəfindən Abbas Əraqçi xarici işlər naziri vəzifəsinə təsdiqlənib.
Bildilir ki, müzakirə 21 avqusta qədər davam edəcək və onun təyinatı parlamentin səsverməsinə çıxarılacaq.
Xatırladaq ki, İran parlamenti Prezident Məsud Pezeşkianın təqdim etdiyi Nazirlər Kabinetinin yeni tərkibini açıq müzakirə edir.