İran "Xəyyam" peykinin daha üç versiyasını yaradacaq

İran

İran İslam Respublikası "Xəyyam" peykinin daha üç versiyasını yaratmaq niyyətindədir.

Az.rasthaber.com xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahadori Çəhromi “Tvitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, Baykonur kosmodromundan kosmosa buraxılan "Xəyyam" peykinin stabilləşdirilməsi uğurlu alınıb.

İranın yüksək texnologiya şirkətləri "Xəyyam"ın əldə etdiyi görüntü və məlumatlardan müxtəlif sahələrdə istifadə edəcəklər.

Xəyyam peykinin orbitə buraxılması ölkənin ehtiyac duyduğu kosmik məlumatları təmin etmək üçün böyük bir addımdır. Onun yüksək dəqiqlikli təsvirlərindən müxtəlif tətbiqlər, o cümlədən kənd təsərrüfatı vı ətraf mühit sahələrində istifadə olunavaq.

Avqustun 9-da İranın “Xəyyam” peyki Rusiyaya məxsus Qazaxıstandakı Baykonur kosmodromundan orbitə buraxılıb və bu, İranın Tehran və Moskva arasında “strateji” aerokosmik əməkdaşlığın başlanğıcı adlandırdığı hadisədir.

Xəbəri paylaş

VİDEOLAR