İran XİN rəsmisi Pompeoya: Sanki paralel kainatda yaşayır...

İran XİN rəsmisi Pompeoya: Sanki paralel kainatda yaşayır...

Bu haqda İranın XİN rəsmisi Səid Xətibzadə bildirib.

 ABŞ dövlət katibi Mayk Pompeo Tehrana qarşı beynəlxalq sanksiyaların bərpa ediləcəyini deməklə “paralel kainatda” yaşayıdığı göstərir.

Bu haqda İranın XİN rəsmisi Səid Xətibzadə bildirib.

Xatırladaq ki, daha öncə Pompeo bəyan etmişdi ki, 20 sentyabrda İrana qarşı sanksiyalar bərpa ediləcək, çünki ABŞ sanksiyaların bərpası tələbi ilə bağlı bildirişi BMT TŞ-a təqdim edib. O demişdi ki, bildiriş təqdim edildikdən sonra 30 gün ərzində bərpa baş verəcək.

Lakin BMT TŞ üzvləri 25 avqustda ABŞ-ın bu tələbini qanuni saymayaraq etməyərək rədd edib. TŞ üzvlərinin böyük əksəriyyəti Ağ Evin belə bir addım atmağa haqqının olmadığını hesab edir.

İran XİN rəsmisi də bunu xatırladaraq qeyd edib ki, ABŞ daha nüvə sazişi üzvü deyil.

Zaman yalnız Pompeonun paralel aləmində getməyə başlayıb”, – deyə Xətibzadə “Twitter”-də yazıb.

Xəbəri paylaş

VİDEOLAR