İran XİN rəhbəri Səudiyyə Ərəbistanına səfər edib.
Az.rasthaber.com xəbər verir ki, bu gün səhər İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri İcraiyyə Komitəsinin fövqəladə iclasında iştirak etmək üçün başçılıq etdiyi nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə yola düşüb.
İrna-nın məlumatında deyilir ki, bu fövqəladə iclasın gündəliyi İsrailin Fələstin xalqına qarşı cinayətlərinin davamı, həmçinin Fələstin İslami Müqavimətinin – HƏMAS-ın siyasi ofisinin rəhbəri Şeyx İsmayıl Həniyənin şəhadətində sionist cinayətkar rejimin təcavüzünün və bu rejim tərəfindən İran İslam Respublikasının suverenliyi və milli təhlükəsizliyinin pozulması miqyasının araşdırılmasıdır. Bu iclasın keçirilməsi xarici işlər naziri vəzifəsini icra edən Əli Baqirinin İslam Əməkdaşlıq Təşkilatının baş katibi və bu təşkilata üzv ölkələrin xarici işlər nazirləri ilə çoxsaylı məsləhətləşmələr və zənglərlə intensiv səylərdən və İran XİN-in istəyindən sonra baş tutub.