İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian gələn həftə Pakistana rəsmi səfər edəcək.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistanın “The Nation” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İranın xarici işlər naziri avqustun 3-də Pakistana iki günlük səfər edəcək. Abdullahian 3-4 avqust tarixlərində Pakistan rəsmiləri ilə görüşlər keçirəcək.
Səfər çərçivəsində İran və Pakistan XİN rəhbərlərinin görüşü, mətbuata birgə bəyanatı nəzərdə tutulur.