İran XİN-dən koronavirusla mübarizədən danışdı

İran XİN-dən koronavirusla mübarizədən danışdı

İran Xarici İşlər Nazirliyinin sözçüsü bu nazirliyin koronavirus epidemiyasından irəli gələn neqativ təsirləri minimuma endirmək üzrə addımları şərh edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Seyid Abbas Musəvi bildirib ki, koronavirusun İrana daxil olmasının elan və təsdiq edilməsindən sonra İrandakı bütün xarici səfirlər, Ümumdünya Səhiyyə Təşkilatı daxil olmaqla İrandakı beynəlxalq orqanların nümayəndələri, eləcə də İran Səhiyyə Nazirliyinin nümayəndələri əsaslandırma iclaslarınin keçirilməsi gündəmə gətirilib.

"İran Xarici İşlər Nazirliyi həmçinin İran Səhiyyə Nazirliyinin ehtiyaclarının digər ölkələrdən, beynəlxalq təşkilatlardan təmin edilməsi istiqamətində bir sıra tədbirlər, o sıradan koronavirusun aradan qaldırılması istiqamətində qabaqlayıcı və müalicə ehtiyaclarının tərtib olunmuş siyahısının BMT-yə və əlaqədar beynəlxalq təşkilatlara təqdim olunmasını həyata keçiribdir.İranın diplomatiya aparatının sözçüsü söyləyib Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən olduqca təsirli yardımlar İrana köçürüldü. Həmçinin bəzi ölkələrdən, xüsusən Çin, Türkiyə və Avstriyadan müəyyən yüklər İrana göndərildi.", -deyə İran XİN-in sözcüsü əlavə edib.

Musəvinin sözlərinə görə, Almaniya, İngiltərə və Fransa tərəfindən təqdim edilən yardımlar da çərşənbə axşamı günü səhər İrana daxil olub.

Bəzi ölkələrin humanitar yardımlarına görə təşəkkür edən İran Xarici İşlər Nazirliyinin mətbuat katibi koronavirus epidemiyası ilə təsirli mübarizəni təsirli beynəlxalq əməkdaşlığa şamil olan bir məsələ adlandırıb.

Musəvi Amerikanın İrana qarşı birtərəfli sanksiyalarına da toxunaraq deyib: "İranda koronavirus epidemiyasından irəli gələn şərait Amerikanın İran xalqına, xüsusilə də tez zərər çəkə bilən təbəqələrə qarşı neqativ təsirlərini Avropa ölkələri xüsusiyyət təşkil etməklə dünya ictimaiyyətinə daha çox aşkar edib."

Xəbəri paylaş

VİDEOLAR