İran XİN başçısı Çinə səfər edəcək

İran XİN başçısı Çinə səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Çinə səfər edəcək.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, səfər həftəsonu baş tutacaq.

Səfər çərçivəsində İran və Çin arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair 25 illik yol xəritəsinin hazırlanması haqda danışıqlar aparılacaq.

Xəbəri paylaş

VİDEOLAR