İran XİN başçısı Azərbaycanda şəhidləri yad etdi - VİDEO

İran XİN başçısı Azərbaycanda şəhidləri yad etdi - VİDEO

Abdullahiyan Bakı səfəri zamanı Azərbaycan şəhidlərinin xatirəsini yad edib.

Rasthaber Azərbaycan xəbər verir ki, İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan Bakı səfəri zamanı Azərbaycan şəhidlərinin xatirəsini yad edib.

Nazir bildirib ki, ilk olaraq Azərbaycan dövləti və xalqını 44 günlük Vətən müharibəsindəki qələbəsi münasibəti ilə təbrik edir.

Abdullahiyan Şəhidlər Xiyabanında verdiyi müsahibədə deyib ki, Azərbaycanın istiqlaliyyəti uğrunda, həmçinin 1-ci və 2-ci Qarabağ müharibələrində canlarından keçən bütün şəhidlərin xatirəsini ehtiramla anır.

O əlavə edib ki, İranın işğalçılıq və parçalanma əleyhinə olan mövqeyi bəlli və aydındır və Tehran İslam ölkələrinə qarşı hər cür işğalçılığa qarşıdır.

İranlı nazir qeyd edib ki, “tezliklə işğal altında bütün Fələstin torpaqlarının azad ediləcəyinin və paytaxtı müqəddəs Qüds olan vahid Fələstin dövlətinin yaradılmasının şahidi olacağımıza ümid edirik”.

Xəbəri paylaş

VİDEOLAR