İran XİN: ABŞ və üç Avropa ölkəsi AEBA üzvlüyündən sui-istifadə ediblər

İran XİN: ABŞ və üç Avropa ölkəsi AEBA üzvlüyündən sui-istifadə ediblər

“ABŞ və üç Avropa ölkəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) İdarə Heyətinə üzvlükdən sui-istifadə edib”.

Az.rasthaber.com “Report” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani Çafi Tehranın bir sıra agentlik müfəttişlərinin akkreditasiyasını ləğv etmək qərarını şərh edərkən deyib.

“Təəssüf ki, üç Avropa ölkəsi və ABŞ, İranın AEBA ilə müsbət, konstruktiv və davam edən əlaqəsinə baxmayaraq, İdarə Heyətinin səlahiyyətlərindən öz siyasi məqsədləri üçün sui-istifadə etdilər”-deyə o bildirib.

Qeyd edək ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) uranın zənginləşdirilməsi obyektlərini təftiş edən bir neçə agentlik müfəttişinin akkreditasiyasını ləğv etmək qərarı barədə məlumat verib.

Xəbəri paylaş

VİDEOLAR