İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi danışıb
İran Xarici İşlər Nazirliynin mətbuat xidmətinin rəhbəri BMT-nin 75 illik tarixində ABŞ-ın heç vaxt bu qədər təcrid edilmədiyindən danışıb.
"Vaşinqton sadəcə kiçik bir ölkənin dəstəyini əldə edə bildi.", - Musəvi bildirib.
Rasthaber Azərbaycan İran mediasına istinadən bildirir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi ABŞ-ın İran əleyhinə qətnaməyə dair BMT-nin Təhlükəsizlik Şurasında üzləşdiyi ağır məğlubiyyətə işarə edərək deyib: "BMT-nin 75 illik tarixində ABŞ heç vaxt bu qədər təcrid olmamışdı."
"ABŞ bütün səylərinə, apardığı təbliğatlara və propaqandalara baxmayaraq sadəcə kiçik bir ölkənin dəstəyini əldə edə bildi. İranın aktiv diplomatiyası bir daha Təhlükəsizlik Şurasında ABŞ-ı məğlub etdi", deyə Musəvi vurğulayıb.