İran: Xarici qüvvələr regionu tərk etməlidirlər

İran: Xarici qüvvələr regionu tərk etməlidirlər

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, xarici ölkələri regionu tərk etməyə və onun təhlükəsizliyini pozmağa çalışmamağa çağırıb.

Az.rasthaber.com  xəbər verir ki, Briqada generalı Məhəmməd Rza Aştiani deyib: "Amerika və bəzi Avropa ölkələrinin regionda mövcudluğu müqavimət oxu da daxil olmaqla bütün ölkələrin reaksiyasına səbəb olur.
Nazir müxtəlif ölkələrin siyasi və iqtisadi sahələrdə sionist rejim və onun himayəçilərinə qarşı geniş təzyiqlərinə işarə edərək, deyib: "Region xalqları bu qəsbkar və uşaq öldürən rejimin süqutunun şahidi olacaqlar və əsl təhlükəsizlik bölgəyə qayıdacaq".
Briqada generalı Aştiani Qəzzə müharibəsi ilə bağlı vurğulayıb ki, Əl-Əqsa Tufanı əməliyyatı başlayanda sionist rejim bütün sahələrdə təəccübləndi və bəlaya düşüb və tamamilə dağılmaq ərəfəsində idi.
Nazir əlavə edib: "Bu əməliyyat qəsbkar rejimin müxtəlif sahələrdə, o cümlədən siyasi və hərbi sahədə süqutuna səbəb oldu və amerikalılar bu rejimin tamamilə dağılacağından qorxduqları üçün ciddi şəkildə təhlükə hiss etdilər, buna görə də rejimə dəstək olmaq üçün hərəkətə keçiblər və bəzi Avropa ölkələri də bu yolda onları müşayiət etdilər".
O, regionun enerji nəqli xətlərinin olması üçün çox həssas və strateji mövqeyə malik olduğunu bəyan edərək, deyib: "ABŞ və bəzi Avropa ölkələrinin bu bölgədə olması müqavimət oxu da daxil olmaqla bütün bölgənin reaksiyasına səbəb olacaq, ona görə də mən tövsiyə edirəm ki, bu xarici ölkələr regionu tərk etsinlər və regionda təhlükəsizliyi pozan problemlər yaratmasınlar".
İranın müdafiə naziri ABŞ-ın xüsusilə də regionla bağlı hesablamalarındakı strateji səhvlərinə işarə edərək, deyib: "Sionist rejimin cinayətkar bir rejim olduğu bütün dünyaya sübut olunub və Amerikanın etdiyi ən böyük səhv bu uşaq öldürən rejimi dəstəkləməsidir və onlar bilməlidirlər ki, mütləq bütün bu cinayətlərin əvəzini ödəyəcəklər".

Xəbəri paylaş

VİDEOLAR