İran: Xalq Mücahidləri Təşkilatına bağlı dəstə yaxalanıb

İran: Xalq Mücahidləri Təşkilatına bağlı dəstə yaxalanıb

İranın Sistan-Bəlucistan əyalətində İslam İnqilabına qarşı olan Xalq Mücahidləri Təşkilatına (HMÖ) bağlı olan dəstə yaxalanıb.

Az.rasthaber.com xəbər verir ki, İranın Kəşfiyyat Nazirliyi və İnqilab Keşikçiləri Ordusunun Kəşfiyyat Təşkilatının birgə bəyanatında Sistan-Bəlucistan əyalətində İslam İnqilabına qarşı olan Xalq Mücahidləri Təşkilatına bağlı bir dəstənin məhv edildiyi bildirilib.

Açıqlamada Xalq Mücahidləri Təşkilatında çalışan 19 nəfərin əsir götürüldüyü qeyd edilib.

İran Qərb dövlətlərinin dəstəklədiyi Xalq Mücahidləri Təşkilatını “vəhşilik və terror təşkilatı” kimi xarakterizə edir.

İranda bir çox qətllər törədən PMOI terror təşkilatı Qərb ölkələrində mövcudluğunu davam etdirir.

Xəbəri paylaş

VİDEOLAR