İran vaksininin insan üzərində testinin ikinci etapına start verildi

İran vaksininin insan üzərində testinin ikinci etapına start verildi

"Kovo İran Bərəkət" vaksininin insan üzərində klinik testinin ikinci etrapı başlanıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, dünən başlanan bu mərhələdə 400 könüllü testdən keçirilməlidir.

"Kovo İran Bərəkət" vaksininin insan üzərində klinik testinin üçüncü etapında isə 20 min nəfərdən çox insan test olunmalıdır.

"Kovo İran Bərəkət"  vaksininin insan üzərində klinik testinin ilk etapının informasiya və datalarının öyrənilməsindən sonra İran səhiyyə nazirliyinin etika komitəsi əldə olunan dataları təsdiq edib.

İran səhiyyə nazirliyinin etika komitəsinin lisenziyasının təsdiqindən sonra, insan üzərində klinik testin ikinci və üçüncü mərhəllərinin başlanması üçün vaksin kombinə edilmiş formada verilib.

Xəbəri paylaş

VİDEOLAR