İran vaksini testin ilk etapını keçdi

İran vaksini testin ilk etapını keçdi

İran peyvəndi- "Kovo İran Bərəkət"in insan üzərindəki testinin ilk etapı başa çatıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Tehran Tibb Elmləri Universitetinin klinik təcrübə mərkəzinin müdiri bildirib ki, ilk İran peyvəndinin insan üzərində aparılan testinin ilk etapı daha altı nəfərin inyeksiya edilməsilə başa çatıb.

Hamed Hüseyni bir müsahibədə bildirib ki, İranın koronavirusa qarşı peyvəndinin birinci etapının sonuncu könüllüsü də araşdırma mərhələsinə daxil olub.

O, sonra deyib: "Bu mərhələdəki könüllülərin sayı əlli atı nəfər olub və 2020-ci ilin 29 dekabrından 2021-ci ilin altı fevralınadək ilk vaksinasiyanın bütün könüllüləri öz vaksinlərini vurdurublar".

Tehran Tibb Elmləri Universitetinin klinik təcrübə mərkəzinin müdiri daha sonra bildirib ki, koronavirus vaksini ötən həftənin sonunadək əlli könüllüyə vurulmuşdu və altı könüllüyə peyvəndin vurulması ilə İran vaksininin bütün könüllülərinin ilk inyeksiyası praktik şəkildə başa çatıb.

Hüseyni bildirib ki, indiyədək 22 könüllü iki növbədə öz peyvəndini vurdurub.

O, qeyd edib ki, cari günəş ilinin esfənd ayının ortalarınadək bütün könüllülərin ikinci vaksinasiyası və onların 28 günlük izlənmələri başa çatacaq.

"Cari həftənin sonunadək otuzuncu könüllü də özünün ikinci vaksinasiyasını həyata keçirəcək.", -deyə o əlavə edib.

Tehran Tibb Elmləri Universitetinin klinik təcrübə mərkəzinin müdiri vurğulayıb: "İşin gedişatından razıyıq. Ümid edirik ki, araşdırlmaların nəticələri səhiyyə nazirliyinin nəzarətçiləri və ölkənin qida və dərman təşkilatı ekspertlərinin nöqteyi-nəzərincə də kifayət qədər qənaətbəxş olacaq."

Xəbəri paylaş

VİDEOLAR