İran və Ukrayna müharibəsinin digər tərəfi - MƏQALƏ

İran və Ukrayna müharibəsinin digər tərəfi - MƏQALƏ

Keyhan qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Ukrayna müharibəsi, Rusiya və İran mövzusunda məqalə yazıb

Az.rasthaber.com məqalənin önəmli hissəsinin tərcüməsini təqdim edir:

"...Çoxlu dəlillər göstərir ki, ABŞ və onun avropalı müttəfiqləri Ukraynada müharibənin uzun sürəcəyini düşünmürdülər və müharibə başlayandan sonra Qərbin sarsıdıcı sanksiyaları və ABŞ və Avropadan Ukraynaya daxil olan silahların bolluğu Rusiyanın müharibəni getdikcə azaldacağını zənn edirdilər. Beləliklə Rusiyanın müharibəni davam edə bilməyəcəyini proqnoz etmişdilər.  Bu baxımdan Amerika 1963-cü ildə Donuzlar körfəzi hadisəsindən sonra keçmiş Sovet İttifaqı ilə bağladığı müqaviləni pozmuşdu. Bu müqavilədə Amerika və Sovet İttifaqı (F.Kennedi və Nikita Xruşşov) Sovet İttifaqının Kubadan 1600 km orta mənzilli raketləri toplayacağını və bunun müqabilində ABŞ-ın Türkiyədəki nüvə raketlərini çıxaracağını və ABŞ-ın nüvə raketlərdən uzaq duracağı qeyd edilmişdi.

 

Amerika vəd etdiyinin əksinə olaraq İncirlikdəki hərbi bazasını nüvə silahı ilə təchiz edib və bu yaxınlarda Ukraynanı NATO-ya üzv olmağa dəvət edib. 1963-cü il Donuzlar körfəzi müqaviləsinə toxunan Rusiya ABŞ-a NATO-nun sərhədlərində olmasını qəbul etməyəcəyi barədə xəbərdarlıq etdi. Lakin yuxarıda qeyd olunan mülahizələrlə Rusiyanın müharibə vəziyyətində aciz qalacağını düşünən Amerika Birləşmiş Ştatları Rusiyanı müharibəyə təhrik etdi və Rusiyanın xəbərdarlıqlarına məhəl qoymadı və Rusiya faktiki olaraq özünü müdafiə etmək üçün ABŞ oyunlarına görə, Ukraynaya hücuma keçdi.

 

Yuxarıda qeyd olunan hadisələri yaxından təqib edən Ayətullah Xamenei Besət günü (Allahın Rəsulunun (s) peyğəmbər seçildiyi gün) münasibəti ilə etdiyi çıxışında bu hadisəni və onun pərdəarxası məqamlarını açıqlayıb. " “Biz müharibəyə, insanların qətlə yetirilməsinə, dünyanın bütün yerlərində xalqlara məxsus olan infrastrukturların dağıdılmasına qarşıyıq. Bu, İslam Respublikasının sabit və dəyişməz sözüdür. Bizim siyasətimiz qərblilərin siyasətləri kimi ikili deyil. Onlar Əqfanıstanda toy kartejinin üzərinə bombalar yağdırılmasını, İraq xalqının qətlə yetirilməsini terrorizmlə mübarizə adlandırırlar. Çarə bir halda mümkündür ki, onun kökləri müəyyən edilsin. Ukarinadakı böhranıın kökləri ABŞ və Qərbin siyasətlərindən qaynaqlanır. Bu köklər öyrənilib müəyyən edilməli və onun əsasında hökm çıxarıb addım atılmalıdır

 

    Bu sənədə nəzər salın. 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən toplantısında Ukraynanın NATO-ya daxil olması təklifi gündəmə gətirildi. Mərkəzi Kəşfiyyat İdarəsinin hazırkı rəhbəri, o zaman ABŞ-ın Moskvadakı səfiri olmuş Uilyam Börns ABŞ-ın o vaxtkı dövlət katibi Kondoliza Raysa yazdığı notda demişdi: “Ukraynanın NATO-ya üzvlüyü Rusiyanın bütün elitası üçün ən aydın qırmızı xəttdir. Kremlin daxilindən tutmuş Putinin ən ağıllı liberal tənqidçilərinə qədər Rusiyanın əsas oyunçuları ilə iki il yarımdan çox davam edən danışıqlarda mən hələ də Ukraynanın NATO-ya üzvlüyünü Rusiyanın NATO-ya birbaşa etirazından başqa bir şey kimi görən birini tapmadım.”

 

Buxarestdə keçirilən görüşdə Almaniya kansleri Merkel və o vaxtkı Fransa prezidenti Sarkozi də Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxır və bunun Rusiya ilə müharibəyə səbəb olacağını düşünürlər. 2014-cü ildə Ukrayna hökuməti rəngli çevrilişlə devrildi, bundan sonra NATO 8 il ərzində 10 mindən çox ukraynalı əsgərə Rusiyaya qarşı döyüşmək üçün təlim keçib. 2021-ci ilin iyulunda NATO Ukraynanın iştirakı ilə Qara dənizdə Rusiyaya qarşı “Sea Breeze əməliyyatı” adlı təlim keçirdi.

 

NATO-nun Rusiya ilə əvvəlki müharibə planından bəhs edən və onu geniş izah edən onlarla başqa sənəd var.

 

İndi İslam İnqilabının Rəhbərinin Putin qarşısında çıxışına bir daha nəzər salın (çərşənbə axşamı, 19 iyul). Ayətullah Xamenei buyurdu: “Müharibə sərt və çətin sahədir və İran İslam Respublikası mülki əhalinin bundan əziyyət çəkməsindən qətiyyən məmnun deyil, lakin Ukrayna məsələsində, siz təşəbbüs göstərməsəydiniz, qarşı tərəf bunu edərdi. Qərb  müharibəyə səbəb oldu.” İmam Xamenei NATO-nu təhlükəli saymaqla, bunu bir quruluş kimi səciyyələndirir: “Əgər NATO-ya yol açılsa, o, sərhəd tanımır və NATO Ukraynada dayandırılmasa, eyni müharibəyə başlayardılar. Krımı bəhanə edərək.”

 

Xatırladaq ki, Ayətullah Xamenei 33 günlük müharibə zamanı da oxşar proqnoz vermiş və Hizbullaha demişdi: “33 günlük müharibənin başlamasından sonra iki ay ərzində İsrail Hizbullaha hərtərəfli hücum planlaşdırmışdı, lakin Hizbullahın ilk addımı sionist rejimin planını iflasa uğratdı.” Sonradan sionist rejim rəsmiləri bu planın mövcudluğunu etiraf etdilər.

 

    ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Putinin Ayətullah Xamenei ilə görüşündən sonra deyib: “ABŞ Ayətullah Xameneinin Rusiyanın Ukrayna müharibəsindəki mövqeyini üstüörtülü şəkildə bəyənməsini vacib hesab edir. İran Putini və onun Ukrayna xalqına qarşı apardığı müharibəni dəstəkləyir, müharibəyə qarşı olduğu barədə əvvəlki bəyanatlarının əksinə olaraq, Krım müharibəsi reallığına məhəl qoymamışdı və Rusiya ABŞ-ın bu qərarı qarşısında otursaydı, Krım müharibəsi baş verəcəkdi. ABŞ-ın ən qatı düşməni kimi Rusiyanın qonşularından biri olan İran da NATO-nun genişlənməsinin nəticələrindən təhlükəsiz olmayacaqdı.

Seyid Xameneinin açıqlamaları Rusiyaya dəstəkdən çox, Amerika və onun müttəfiqlərinə ciddi xəbərdarlıqdır ki, şirin quyruğu ilə oynamayın. Bu gün Ukraynadakı müharibə ABŞ-ın ilk baxışdan göründüyü kimi, NATO-nun qalmaqallı uğursuzluğu ilə üzləşdi, misli görünməmiş qida və enerji böhranları bütün ABŞ və Avropa ölkələrinə yayıldı. Bununla belə, Ayətullah Xameneinin Putinlə görüşü zamanı verdiyi açıqlamalar göstərir ki, İran Ukraynadakı müharibənin arxasında duran həqiqəti bilir və NATO-nun bölgədəki hərəkətlərini yaxından izləyir. İran ABŞ-ın Ukraynada qalib gələcəyi təqdirdə əsas hədəflərindən birinin özü olduğunu bildiyi üçün Rusiyanın Ukraynada ABŞ və NATO ilə qarşıdurmasını öz təhlükəsizliyinin bir hissəsi kimi görür və məntiqi və təbii şəkildə dəstəkləyir.

 

    ABŞ və İsrailin Seyid Xameneinin bəyanatlarına qəzəblənməsi başa düşüləndir, lakin bəzi islahatçıların və qərbpərəstlərin İranın düşmənləri ilə birləşərək onların tərəfinə keçməsi yalnız bu insanların siyasi anlayışının zərrə qədər də olmaması ilə izah edilə bilər. Bu ehtimallar bu insanların keçmişindədir və başqa bir ehtimal yoxdur”.

Xəbəri paylaş

VİDEOLAR