İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Açıq İştirakçılıq İcraiyyə Komitəsinin iclası çərçivəsində türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Açıq İştirak İcraiyyə Komitəsinin iclasında iştirak etmək üçün getdiyi Ciddədə Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Görüşdə Fələstindəki son hadisələr, xüsusilə Qəzzada yaranmış ağır vəziyyət və sionist rejimin fələstinliləri vəhşicəsinə qətlə yetirməsinə son qoyulması yolları müzakirə edilib.
İki nazir bəzi ikitərəfli və regional məsələləri də müzakirə ediblər.