İran və Türkiyədən Bəhreynə qınama mesajı - İsrailə görə...

İran və Türkiyədən Bəhreynə qınama mesajı - İsrailə görə...

Türkiyə XİN Bəhreyn və İsrail arasında münasibətlərin yaxşılaşdırılmasını pisləyib.

 Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə XİN Bəhreyn və İsrail arasında münasibətlərin yaxşılaşdırılmasını pisləyib.

Ankara bu addımı Fələstin xalqının maraqlarının müdafiəsinə zərbə hesab edir.

“Biz Bəhreynin BƏƏ kimi İsriallə diplomatik münasibət qurmaq qərarını pisləyirik”, – deyə bildirilib və qeyd edilib ki, bu, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) çərçivəsindəki öhdəliklərin pozuntusu deməkdir.

Türkiyə tərəfi bildirir ki, bu addım İsraili “Fələstin ərazilərinin işğalını daimi etmək cəhdlərini” davam etdirməyə şövqləndirəcək.

“Russia Today”-ın məlumatına görə, İran XİN də Bəhreyn və İsrail arasında diplomatik münasibətlərin qurulmasını qəti surətdə pisləyib.

Tehran bunu “Fələstin məsələsini və Fələstin xalqının onillərdir davam edən mübarizə və əzab-əziyyətlərini qurban verən utancverici akt” hesab edir.

Xatırladaq ki, Ağ Ev başçısı Donald Tramp bildirib ki, Bəhreyn və İsrail ABŞ-ın vasitəçiliyi ilə diplomatik münasibətlər qurmaq barədə razılığa gəlib.

Xəbəri paylaş

VİDEOLAR