İran və Türkiyə XİN başçıları Çinə gedəcəklər

İran və Türkiyə XİN başçıları Çinə gedəcəklər

İran və Türkiyə XİN başçıları Hüseyn Əmir Abdullahiyan və Mövlud Çavuşoğlu Çinə səfər edəcəklər.

Hər iki səfər rəsmi Pekinin dəvəti ilə baş tutacaq.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin məlumat verib.

Çin XİN-in rəsmisi bildirib ki, nazirlər yanvarın 12-14-də ölkəyə səfər edəcəklər.

V. Venbinin sözlərinə görə, rəsmi Pekin və Tehran ənənəvi dostluq münasibətlərini qoruyur, son illər iki ölkə arasında əlaqələr fəal şəkildə inkişaf edir. O vurğulayıb ki, tərəflər ən mühüm maraqlara aid olan məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyib, müxtəlif sahələrdə praktiki əməkdaşlığı davamlı şəkildə təşviq edib, beynəlxalq və regional məsələlərdə sıx əlaqələri və koordinasiyanı davam etdirib.

Xəbəri paylaş

VİDEOLAR