İranın daxili işlər naziri Əhməd Vahidi İran və Türkiyə arasındakı münasibətləri olduqca dərin adlandırıb.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, o, türkiyəli həmkarı Süleyman Soylu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib:
“Mən Türkiyə daxili işlər naziri və onun nümayəndə heyətini, həmçinin bu ölkədəki təhlükəsizlik xidmətinin fərqli-fərqli əməkdaşlarını salamlayıram. Bu görüşdə yaxşı müzakirələr baş tutdu”.
İranlı naziri sözlərinə görə, hər iki ölkə terrorçuluq, beynəlxalq cinayətkarlıq, qeyri-qanuni silah dövriyyəsi ilə mübarizədə, həmçinin sərhəd fəaliyyətinin və bütün sahələrdə ortaq əməkdaşlığın inkişafında maraqlıdır.
“Digər tərəfdən isə, ABŞ və İsrail rejimlərinin dağıdıcı rolu və onların region ölkələri üçün yaratdıqları çoxlu problemlər kimi daha ümumi məsələlər də müzakirə edilib. Onların Əfqanıstanda yaratdıqları problemlər və onların regionla bağlı planları da müzakirə edilib”, - deyə Vahidi qeyd edib.