Dəməşqə səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Suriyanın xarici işlər naziri Feysəl əl-Mikdad ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Omandakı təmaslarından sonra Suriyanın paytaxtı Dəməşqə gedib.
Əmir Abdullahiyan Dəməşqdəki təmasları çərçivəsində suriyalı həmkarı Feysəl əl-Mikdad ilə görüşüb.
Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.