İran prezidenti Seyid İbrahim Rəisi Suriya prezidenti Bəşər Əsədlə telefonla danışıb.
Az.rasthaber.com xəbər verir ki, Bəşər Əsəd İsrailin Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına hücumu nəticəsində şəhid olan komandirlərin ailələrinə İran xalqı və dövlətinə başsağlığı verərək deyib:
"Sionist rejimin İran səfirliyini misli görünməmiş şəkildə qətlə yetirməsi təkcə beynəlxalq hüququn pozulması deyil, həm də bu rejimin təkəbbür və əxlaqsızlığının, Fələstin və Livana hücumlarının davam etməsinin nümayişidir.".
Suriya prezidenti bu hücumların sionist rejimin Qəzzadakı vəziyyətindən xilas olmaq məqsədi daşıdığını bildirib və vurğulayıb ki, müqavimət oxuna dəstək verilməli və bu qatil rejim cəzalandırılmalıdır.
Əsəd general Zehedi haqqında deyib: “Bu şəhid Suriyalı şəhidlər kimi millətimiz üçün dəyərlidir və təvazökar bir qəhrəman idi”.
Başsağlığı üçün Bəşər Əsədə təşəkkür edən prezident Rəisi bildirib: "Şübhəsiz ki, bu rejim və tərəfdarları Qəzzada vəhşicəsinə qətllər və biabırçı hərəkətlərə görə cəzalarını alacaqlar".
Rəisi davam edib:
"Təəssüf ki, bəzi ərəb ölkələri qorxduqları üçün passivlik və zəif mövqe nümayiş etdirirlər. Bu mövqe İslam dünyasının sionist rejimə qarşı ortaq mövqe tutmasına mane olur".
Rəisi həmçinin deyib:
"Bu gün hər kəsə sübut olunub ki, sionist rejimi bütün beynəlxalq müqavilələri pozur, heç bir humanitar və beynəlxalq prinsiplərə əməl etmir. Təəssüf ki, Amerika və bəzi Qərb ölkələri bu rejimə maliyyə yardımlarını davam etdirirlər".