İran və Suriya arasında polis əməkdaşlığı inkişaf etdiriləcək

İran və Suriya arasında polis əməkdaşlığı inkişaf etdiriləcək

İran polis qüvvələrinin general komandiri briqada generalı Əhməd Rza Radan Suriyanın Tehrandakı səfiri Şəfiq Deyyub ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İran polis qüvvələrinin general komandiri briqada generalı Əhməd Rza Radan Suriyanın Tehrandakı səfiri Şəfiq Deyyub ilə görüşüb.

Briqada generalı Radan görüşdə İran və Suriya arasında polis əməkdaşlığının səviyyəsinin artırılmasının vacibliyini vurğulayaraq deyib:

“İki ölkə arasında əməkdaşlığın artırılmasına heç bir maneə yoxdur”.

Briqada generalı Radan Fələstindəki hazırkı hadisələrə toxunaraq bildirib:

"Düşmən bütün mərhələlərdə məğlub oldu və biz müqavimət döyüşçülərinin qələbəsi ilə fəxr edirik".

Suriyanın Tehrandakı səfiri Şəfiq Deyyub deyib:

“Biz İranla bütün sahələrdə əlaqələrimizi inkişaf etdirməyi alqışlayırıq”.

Xəbəri paylaş

VİDEOLAR