İran və Suriya arasında azad ticarət sazişi imzalanıb

İran və Suriya arasında azad ticarət sazişi imzalanıb

İranın birinci vitse-prezidenti Məhəmməd Muxbir və Suriyanın baş naziri Hüseyn Arnus Tehranda 6 saziş imzalayıblar.

Az.rasthaber.com xəbər verir ki, Suriyanın baş naziri Hüseyn Arnus İranın birinci vitse-prezidenti Məhəmməd Muhbirin dəvəti ilə Tehranda təmaslarına başlayıb.

Arnus Məhəmməd Muhbirin ev sahibliyi etdiyi İran-Suriya İqtisadi Əməkdaşlıq üzrə Birgə Ali Komitəsinin 15-ci iclasında iştirak edib.

Görüş zamanı turizm, muzeylər, media və kitabxanalar, xüsusilə də azad ticarət sazişi kimi sahələrdə 6 anlaşma memorandumu imzalanıb.

Tehrandakı təmasları çərçivəsində Arnusun İran prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanla görüşləri gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR