İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan arasında telefon danışığı olub.
Az.rasthaber.com xəbər verir ki, Xarici işlər naziri Əmir Abdullahiyan bu telefon danışığında ikitərəfli münasibətlərin müsbət gedişindən məmnunluğunu ifadə edib və İranın qonşuluq siyasətini inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri də iki ölkə rəsmiləri arasında davamlı ünsiyyət və danışıqların zəruriliyini vurğulayaraq, iki ölkənin hazırkı vəziyyətini müsbət və qənaətbəxş adlandırıb.
Tərəflər yaxın günlərdə görüşmək barədə də razılığa gəliblər.