İran və Səudiyyə Ərəbistanının səhiyyə nazirləri Cenevrədə görüşüb

İran və Səudiyyə Ərəbistanının səhiyyə nazirləri Cenevrədə görüşüb

İranın səhiyyə naziri Bəhram Eynullahi Cenevrədə Səudiyyə Ərəbistanının səhiyyə naziri Fəhad Əl-Cəlajel ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İranın səhiyyə naziri Bəhram Eynullahi İsveçin Cenevrə şəhərində keçirilən 76-cı Ümumdünya Səhiyyə Konfransı çərçivəsində Səudiyyə Ərəbistanının səhiyyə naziri Fəhad Əl-Cəlajel ilə görüşüb.

Görüşün təfərrüatları barədə məlumat paylaşılmayıb.

Qeyd edək ki, İranın səhiyyə naziri Aynullahi 76-cı Ümumdünya Səhiyyə Assambleyasında iştirak etmək üçün Cenevrəyə getmişdi.

Xəbəri paylaş

VİDEOLAR