İran və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

İran və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran və Səudiyyə Ərəbistanı arasında əldə olunan razılaşmanı, Suriya və Ukrayna məsələlərini müzakirə ediblər.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Hüseyn Əmir Abdullahiyan Sergey Lavrovla telefon əlaqəsi saxlayıb.
Ölkələri arasında hərtərəfli uzunmüddətli əməkdaşlıq müqaviləsini qiymətləndirən tərəflər Türkiye  Suriya, İran və Rusiya arasında dördtərəfli görüşlə bağlı məsləhətləşib.
Ukraynadakı son vəziyyətin də müzakirə olunduğu görüşdə Abdullahiyan ölkəsinin Ukraynada siyasi həll və dialoqa diqqət yetirilməsi ilə bağlı prinsipial mövqeyini təkrarlayıb.
Sergey Lavrov həmçinin iranlı həmkarına İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpası üçün əldə olunan razılaşmanı alqışladıqlarını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin görüşlə bağlı verdiyi açıqlamaya görə, nazirlər "İran və Rusiyaya qarşı birtərəfli qeyri-qanuni sanksiyalara baxmayaraq, ikitərəfli ticarət həcminin rekord səviyyəyə çatmasından duyduqları məmnunluğu ifadə ediblər.
Regional və beynəlxalq məsələlərin də müzakirə olunduğu görüşdə tərəflər görüşlərin davam etdirilməsi mövzusunda razılıq əldə ediblər.

Xəbəri paylaş

VİDEOLAR