"İran və Rusiya əməkdaşlığı İsrail üçün ciddi təhlükədir"

Sionist rejimin baş naziri Yair Lapid Rusiya və İranın əməkdaşlığını bu rejim üçün ciddi təhlükə adlandırıb.

Az.rasthaber.com xəbər verir ki, İsrailin baş naziri Yair Lapid iddia edib ki, Rusiya ilə İran arasında əməkdaşlıq təkcə İsrail üçün deyil, həm də Ukrayna, Avropa və bütün dünya üçün ciddi təhlükədir.

Middle East Monitor-un xəbərinə görə, sionist baş nazir rusdilli RTVI kanalına müsahibəsində İranın Rusiya ilə əməkdaşlığını bütün dünyanı üçün risk adlandırıb”.

O, həmçinin Rusiya ordusunun İran pilotsuz təyyarələrindən istifadə etməsini tənqid edib, lakin bir daha Tel-Əvivin Ukraynaya birbaşa hərbi yardım göstərməyəcəyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR