İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami Vyanada Rosatom prezidenti Aleksey Lixaçevlə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Avstriyada keçirilən 67-ci Baş Konfransında iştirak etmək üçün Vyanaya gedən İran Atom Enerjisi Təşkilatının prezidenti Məhəmməd İslami Rosatom prezidenti Aleksey Lixaçevlə görüşüb.
Bu görüşdə iki ölkə arasında nüvə sahəsində qarşılıqlı fəaliyyət, eləcə də ikitərəfli əməkdaşlığın təkmilləşdirilməsi müzakirə edilib.