Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov verdiyi açıqlamada ölkəsinin İranla qarşılıqlı faydalı hərbi-texniki əməkdaşlığı inkişaf etdirəcəyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Ryabkov həmçinin deyib:
“Rusiya BMT Təhlükəsizlik Şurasının İranın raket proqramı ilə bağlı məhdudiyyətlərinin aradan qaldırılmasından əməkdaşlığı yaxşılaşdırmaq üçün fürsət kimi istifadə etməyi planlaşdırır”.
Rusiya xarici işlər nazirinin müavini bildirib:
“Moskva Tehranla tamamilə beynəlxalq hüquqa uyğun əməkdaşlıq edir”.