İranın Ədliyyə Nazirliyinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini Əsgər Cəlalyanla Pakistanın ədliyyə və qanunvericilik naziri Əzəm Nazir Tarar əsirlərin mübadiləsi ilə bağlı razılığa gəliblər.
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
"Hazırda Pakistan həbsxanalarında 60 iranlı cəza çəkir, bununla əlaqədar hər iki tərəfdən məhbusların azad olunması üçün şərait yaradılmasını təklif edirik", - Cəlalyan Pakistanın ədliyyə naziri ilə görüşündə deyib.
İranın Ədliyyə Nazirliyinin rəis müavini əlavə edib ki, İslam Respublikasının həbsxanalarında 160-a yaxın pakistanlı var və Tehran yaxın vaxtlarda onları azad etməyə hazırdır.
Pakistanlı nazir də öz növbəsində İran tərəfinin təklifini alqışlayıb. O, Pakistan Daxili İşlər Nazirliyinin yüngül cinayətlər törətmiş iranlıların azad edilməsi üçün addımlar atacağını vurğulayıb.