İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və omanlı həmkarı Bədr Əlbusaidi telefonla ikitərəfli münasibətləri müzakirə ediblər.
Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Omanın xarici işlər naziri Bədr Elbusaidi arasında telefon danışığı olub.
Bu telefon danışığında Tehran və Maskat arasında əlaqələr və regional məsələlər müzakirə edilib.
Tərəflər Oman Sultanı Heysəm bin Tariqin Tehrana səfərinin təfərrüatlarını da müzakirə ediblər.
Qeyd edək ki, Oman Sultanı Heysəm bin Tariq İran prezidenti İbrahim Rəisinin dəvəti ilə bazar günü (28 may) Tehrana gələcək.