İran və Macarıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Macarıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Macarıstanın xarici işlər nazirləri ikitərəfli əlaqələri və Qərbi Asiyada, xüsusilə Fələstində baş verən son hadisələri müzakirə ediblər.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə telefonla danışıb.

Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi və Qərbi Asiyada baş verən son hadisələr, xüsusilə Fələstindəki vəziyyət müzakirə edilib.

Xarici işlər naziri Əmir Abdullahiyan sionist rejimin qətlləri nəticəsində Qəzza zolağında yaranmış humanitar vəziyyətə toxunaraq deyib: Bu rejim Qəzzə zolağında insanları bombalamaq və kütləvi şəkildə qətlə yetirməklə bütün insan haqlarını və beynəlxalq hüquqlarını aşkar şəkildə pozub. ."

Əmir Abdullahiyan vurğulayıb: Beynəlxalq ictimaiyyət sionist rejimin Qəzzəyə hərbi təcavüzünün dərhal dayandırılması, qeyd-şərtsiz atəşkəsin təmin edilməsi və Qəzzə xalqına humanitar yardımların göndərilməsinə şərait yaradılması üçün təzyiq göstərməlidir.

O, İran və Macarıstan münasibətlərinə toxunaraq bəyan edib ki, İran Tehranda iki ölkə arasında müştərək komissiya yaratmağa hazırdır.

Əmir Abdullahiyan əlavə edib ki, məsləhətləşmələrin davam etdirilməsi iki ölkə arasında əlaqələrin inkişafı üçün mütləq çox konstruktivdir.

Macarıstanın xarici işlər naziri həmçinin ölkəsinin Fələstindəki hazırkı hadisələrlə bağlı mövqeyini açıqlayıb və İran və Macarıstan münasibətlərindəki inkişaf tendensiyasının davam edəcəyinə ümid etdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR