İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və İspaniyanın xarici işlər naziri Xose Manuel Albares telefonla ikitərəfli münasibətləri müzakirə ediblər.
Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares arasında telefon danışığı olub.
Görüş zamanı iki ölkə arasında münasibətlər müzakirə olunub.
Xarici işlər naziri Əmir Abdullahiyan ikitərəfli əlaqələrin inkişafının vacibliyini vurğulayıb.
Əmir Abdullahiyan İspaniyanın dövri olaraq Avropa Birliyinə sədrliyinə işarə edərək, İran və Avropa İttifaqı arasında dialoq və əməkdaşlıq prosesinə diqqət çəkib.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares də İran və İspaniya arasındakı tarixi əlaqələrə toxunaraq, iki ölkə arasında əməkdaşlığın inkişafını alqışlayıb. Xose Manuel Albares da ölkəsinin ikitərəfli əməkdaşlığı gücləndirməyə hazır olduğunu vurğulayıb.