İran və İraqın dəmir yolu layihəsi ilə bağlı yeni açıqlama

İran və İraqın dəmir yolu layihəsi ilə bağlı yeni açıqlama

İran Dəmiryolu Şirkətinin baş direktoru Salihi İranı İraqa birləşdirən Şələmçə-Bəsrə dəmir yolu xətti layihəsi ilə bağlı açıqlama verib.

Az.rasthaber.com xəbər verir ki, İran Dəmir Yolları Şirkətinin baş direktoru Miad Salihi İranı İraqa bağlayan Şələmçə-Bəsrə dəmir yolu xətti layihəsi ilə bağlı açıqlama verib.

Salihi bəyan edib ki, İraq tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, yaxın 1,5-2 il ərzində Şələmçə-Bəsrə layihəsi həyata keçiriləcək.

Bu yaxınlarda İranın avtomobil yolları və şəhərsalma naziri Mehrdad Bezrpaiş bildirmişdi ki, bu dəmir yolu xətti yalnız sərnişinlərin daşınması üçün istifadə olunacaq.

Qeyd edək ki, Tehran və Bağdad 2015-ci ildə iki ölkəni birləşdirən 32,5 kilometr uzunluğunda dəmir yolu xəttinin çəkilməsi barədə razılığa gəliblər.

Xəbəri paylaş

VİDEOLAR