İran və Çin əməkdaşlıq sənədi, tərəflər üçün heç bir öhdəçilik ehtiva etmir - Rəbii

İran və Çin əməkdaşlıq sənədi, tərəflər üçün heç bir öhdəçilik ehtiva etmir - Rəbii

Əli Rəbii Çin ilə İran arasında imzalanan strateji əməkdaşlıq sənədinin məzmunları və başlıqlarının nəşr olunduğunu və hər kəsin bu sənədə əl çatdıra bildiyini vurğulayıb.

İran Hökumət Spikeri Əli Rəbii, İran və Çin əməkdaşlıq sənədinin beynəlxalq bir müqavilə, razılaşma və ya anlaşma sayılmadığını, bu sənədin yalnız bir yol xəritəsi olduğunu və tərəflər üçün heç bir öhdəçilik gətirmədiyini bildirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, şəms ilinin ilk mətbuat konfransında danışan Spiker Əli Rəbii Çin ilə İran arasında imzalanan strateji əməkdaşlıq sənədinin məzmunları və başlıqlarının nəşr olunduğunu və hər kəsin bu sənədə əl çatdıra bildiyini vurğulayıb.

Sənədin tam mətninin nəşr olunmasının tərəflərin təsdiqinə bağlı olduğuna diqqət çəkən Rəbii İran olaraq bunu nəşr etməkdə bir qorxu görmədiklərini, ancaq Çinin görüşünün fərqli ola biləcəyini ifadə edib.

ABŞ başda olmaq üzrə bəzi ölkələrin İran ilə Çin arasında imzalanan strateji əməkdaşlıq sənədindən narahat olduğuna diqqət çəkən hökümət sözçüsü , İranın milli mənfəətləri çərçivəsində uyğun hesab etdikləri hər hansı bir ölkə  ilə əməkdaşlıq sənədi imzalayacaqlarını qeyd edib.

Spiker, iran-Çin əməkdaşlıq sənədinin qarşılıqlı hörmət və "udüş- udüş " düsturu çərçivəsində hazırlandığını önə çəkib.

Xəbəri paylaş

VİDEOLAR