İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan Pekin səfərinin sonunda bildirib ki, bu gündən İran və Çin arasında əməkdaşlığa dair 25 illik strateji sazişin icrasına başlanılır.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, iranlı nazir çinli həmkarı ilə görüşdən sonra bəyan edib ki, tərəflər 25 illik strateji və uzunmüddətli sazişin həyata keçirilməsinə başlanılması ilə bağlı razılaşıblar.
O qeyd edib ki, regional və beynəlxalq məsələlərin müzakirəsindən başqa, İran prezidentinin məktubunu onun çinli həmkarı Si Cinpinə çatdırıb.