İran və Boliviya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

İran və Boliviya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

Tehranda İran və Boliviya arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Az.rasthaber.com xəbər verir ki, İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani və Boliviyanın müdafiə naziri Edmundo Novillo Aqiların iştirakı ilə Tehranda keçirilən mərasimdə iki ölkə arasında Müdafiə Əməkdaşlıq Sazişi imzalanıb.

Mərasimdə çıxış edən briqada generalı Astiyani Cənubi Amerikanın çox strateji bölgəsi olan Latın Amerikası ölkələrinin İranın xarici siyasətində xüsusi önəm daşıdığını bildirib və deyib: "İran və Boliviya arasında müdafiə sahəsində əməkdaşlıq Cənubi Amerika üçün nümunə ola bilər".

Boliviyanın müdafiə naziri həmçinin İrana səfərinin “məhsuldar” olduğunu bildirib və deyib:

“Ölkəmizdə mal və narkotik qaçaqmalçılığı ilə mübarizə, eləcə də sərhəd nəzarətində narahatlıqlarımız var. Biz İranla akademik sahədə olduğu kimi bu məsələlərdə də əməkdaşlıq etməyə ümid edirik”.

Briqada generalı Aştiani bazar günü boliviyalı həmkarı Aqilar ilə görüşündə deyib ki, İran Boliviyanın müdafiə avadanlığı və qabaqcıl texnologiya tələblərini yerinə yetirməyə hazırdır.

Xəbəri paylaş

VİDEOLAR