İran və Belarus prezidentləri görüşüb

İran və Belarus prezidentləri görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko və İran Prezidenti Seyid İbrahim Rəisi arasında görüş baş tutub.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüş məhdud tərkibdə keçirilib və ölkələrarası münasibətlər, iqtisadi əlaqələr, regional məsələlər müzakirələrdə öz əksini tapıb.

Xatırladaq ki, dünəndən Belarus prezidentinin İrana rəsmi səfəri başlayıb.

Xəbəri paylaş

VİDEOLAR