İran və BƏƏ xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və BƏƏ xarici işlər nazirləri arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və BƏƏ-nin xarici işlər naziri Qəzzada baş verənləri telefonla müzakirə ediblər.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

Xarici işlər naziri Əmir Abdullahiyan bu telefon danışığında Qəzzada müvəqqəti atəşkəsə toxunaraq deyib: İslam ölkələri sionist rejimin hərbi cinayətlərini tamamilə dayandırmaq üçün səylərini davam etdirməli və Qəzzəyə humanitar yardım göndərmək üçün hərtərəfli yollar açmalıdırlar.

Nazir Əmir Abdullahiyan, "BMT Təhlükəsizlik Şurasının təsirli bir qətnamə qəbul edərək Fələstin xalqına qarşı üzərinə düşən vəzifələri yerinə yetirməsi gözlənilir" dedi.

BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan da regional və beynəlxalq forumlarda ölkəsinin atəşkəsə nail olmaq üçün atdığı addımları açıqlayıb və bildirib ki, BƏƏ atəşkəsin davam etdirilməsi və Qəzzaya humanitar yardımın artırılması üçün əlindən gələni edəcək.

Şeyx Abdullah bin Zayed Əl Nəhyan 2023-cü il İqlim Dəyişikliyi Konfransının (COP28) keçirilməsi üçün ölkə tərəfindən görülən tədbirləri də açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR