İran və BƏƏ nəqliyyat sektorunda əlaqələri inkişaf etdirməyi hədəfləyir

İran və BƏƏ nəqliyyat sektorunda əlaqələri inkişaf etdirməyi hədəfləyir

BƏƏ-dən olan həmkarının dəvəti ilə Əbu-Dabiyə gedən İranın nəqliyyat və şəhərsalma naziri Mehrdad Bezrpaş Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini Mənsur bin Zayed en-Nehyan ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, BƏƏ-dən olan həmkarının dəvəti ilə Əbu-Dabiyə gedən İranın nəqliyyat və şəhərsalma naziri Mehrdad Bezrpaş Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini Mənsur bin Zayed en-Nehyan ilə görüşüb.

Bu görüşdə Bezrpaş bildirib ki, İran nəqliyyatın müxtəlif sektorlarında BƏƏ ilə əlaqələrin inkişafını artırmağı hədəfləyir və sərmayəçilərin nəqliyyat layihələrində iştirakını alqışlayır.

BƏƏ baş nazirinin müavini Mənsur bin Zayed en-Nehyan da İranın şimal-cənub dəhlizində strateji və xüsusi yerə malik olduğunu bildirib.

Bezrpaş, Abu Dabidə keçirilən 2023 Şərq Dəmiryolu Konfransı çərçivəsində bu gün Qətər Nəqliyyat Naziri Casim es-Saliti ilə də görüşüb.

Görüş zamanı iki ölkə arasında əvvəlki razılaşmalara istinad edilərək əlaqələrin inkişafı yolunda maneələrin aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR