İran və Azərbaycan arasında yeni sərhəd-keçid məntəqəsi açılacaq.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Ərdəbil əyalətinin qubernatoru Hadi Amuli məlumat verib.
İki ölkə arasındakı əlaqələrin, xüsusilə də məhsulların tranziti sahəsindəki əlaqələrin inkişafı məqsədi ilə Ərdəbil əyalətinin şimalında məntəqə açılacaq.
“İran və Azərbaycan arasındakı əlaqələrin inkişafı bizim ölkəmizin və şimal qonşumuzun əhalisinin qayğılarından biridir və bu məsələ iki ölkə prezidentlərinin görüşündə də müzakirə edilib”, - deyə o qeyd edib.
Qubernatorun sözlərinə görə, ticari əlaqələri və məhsulların tranzitini asanlaşdırmaq üçün “biz (Ərdəbil) əyalətinin yollarını genişləndirmək niyyətindəyik. Eyni zamanda da Parsabad-Ərbədil şəhər yolunun inkişafı hər iki ölkəyə yeni şəhərlərə çıxışın hesabına öz ticarətlərini inkişaf etdirməyə imkan verəcək”.
O deyib ki, Aslandüz sərhəd keçid məntəqəsinin açılışı iqtisadi və sərhədyanı əlaqələrin tərəqqisi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edəcək.