İran və Amerikanın BMT-dəki səfirləri biraraya gəldi

İran və Amerikanın BMT-dəki səfirləri biraraya gəldi

İran və Amerikanın BMT-dəki səfirləri Təhlükəsizlik Şurasının iclasından sonra danışıblar

İran və Amerikanın BMT-dəki səfirləri Təhlükəsizlik Şurasının iclasından sonra Ava adlı bir qız uşağı barədə danışıblar.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyinin sözçüsü Mir Yusefi İran və Amerika səfirlərinin Təhlükəsizlik Şurası iclasının kənarındakı söhbəti barədə danışıb.

"İclaslardan sonra səfirlərin bir-birilərilə söhbət etdikləri BMT-nin adi gedişatına əsasən, Təhlükəsizlik Şurasının cümə axşamı günü gecə keçirilən iclasının sonunda Amerikanın səfiri İran səfirinin yanına gedərək, İran səfirinin çıxışında işarə olunan xəstə uşaq barədə sual veribdir ki, İran səfiri də öz çıxışının mətləbləri çərçivəsində onu cavablandırıbdır.", -deyə Mir Yusefi bildirib.

Bu qısa söhbətdə heç bir digər mövzuya toxunulmayıb.

İranın BMT-dəki nümayəndəsi deyib:  "EB xəstəliyindən əziyyət çəkən Ava adlı ikiyaşlı əhvazlı qız, kəpənək uşaqlardan idi. EB xəstələrini belə adlandırırlar, çünki onların dəriləri kəpənəklər kimi kövrəkdir. İnfeksiyanın qarşısını almaq üçün kəpənək yaralar xüsusi tənziflərlə örtülməlidir. Hətta həmin xüsusi tənziflər belə, ağrını aradan qaldırmırlar. Amma alternativ tənziflərdən istifadə, dəhşətlidir. Zira götürülərkən uşaqların dərisini qoparır."

Təxte Rəvançi isə deyir ki, bu günlər kəpənək uşaqlar üçün bu tənziflərin idxalı demək olar ki, mümkünsüz olub və digər günahsız kəpənək uşaqların həyatlarını təhlükəyə salıb. Hazırda kəpənək uşaqlar Amerikanın insanlığa sığmayan sanksiyalarından irəli gələn ağrını öz varlıqları ilə tam şəkildə hiss edirlər.

Ava bu ilin may-iyun aylarında ağrıdan birdəfəlik xilas olaraq, dünyasını dəyişib.

Xəbəri paylaş

VİDEOLAR