İran və AEBA arasında danışıqlar davam edir

İran və AEBA arasında danışıqlar davam edir

İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında danışıqlar davam edir.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib

O bildirib ki, təşkilatın baş direktoru Rafael Qrossi nüvə danışıqlarını şərh etməyə məsul şəxs deyil. "İranın AEBA ilə münasibətlərdən irəli gələn əməkdaşlığa sadiq qalıb və bundan sonra da sadiq qalacaq".

İranın AEBA ilə danışıqlarını davam etdirdiyini deyən XİN sözçüsü bildirib ki, Rafael Qrossinin Tehrana səfəri uyğun zamanda baş tutacaq.

“İranın Vyanadakı nümayəndəsi vasitəsilə də müzakirələr aparılır və mesajlar verilir", o deyib.

Xəbəri paylaş

VİDEOLAR