İran Ukraynadakı müharibəyə münasibət bildirdi

İran Ukraynadakı müharibəyə münasibət bildirdi

Ukrayna böhranının səbəbkarı NATO-dur.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan bəyan edib.

Ukrayna böhranı NATO təxribatlarına əsaslanır“, - deyə o qeyd edib.

İranlı nazir bildirib ki, rəsmi Tehran hərbi əməliyyatları çıxış yolu hesab etmir.

O deyib ki, döyüşləri dayandırmaq və diqqəti siyasi və demokratik həllin üzərində lazımdır.

Bundan başqa, İran XİN rəmisi Səud Xətibazdə deyib ki, “İran Ukrayna hadisələri ilə bağlı məsələləri diqqətlə izləyir“.

İran İslam Respublikası bütün tərəfləri səbir-təmkin göstərməyə çağırır və hesab edir ki, gərginliyin eskalasiyasına gətirib çıxara biləcək istənilən addmlardan çəkinmək lazımdır“, - deyə o qeyd edib.

Həmçinin Xətibzadə bütün tərəfləri münaqişənin dialoq yolu ilə dinc həlli üzərində işləməyə səsləyib, hadisələrinin bu cür gedişatının səbəbkarı olaraq NATO-nu göstərib.

Xəbəri paylaş

VİDEOLAR