İran üç Avropa dövlətinin nüvə danışıqları ilə bağlı son bəyanatını tənqid edib

İran üç Avropa dövlətinin nüvə danışıqları ilə bağlı son bəyanatını tənqid edib

“Bu bəyanat ölçülüb, biçilməmiş, doğru olmayan mövqedə və zamanda verilib. Bu bəyanat danışıqları məğlubiyyətə uğrada bilər.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

Ötən həftənin şənbə günü Almaniya, Fransa və Britaniya tərəfindən verilən bəyanatı tənqid edən İran rəsmisi, onu vaxtısz və yersiz bəyanat adlandırıb.

İran rəsmisi bildirib ki, üç Avropa dövlətinin bu bəyanatı “doğru olmayan mövqe, ölçülüb,biçilməmiş və vaxtsız bir açıqlamadır.

Ötən şənbə günü üç Avropa dövləti nüvə danışıqlarının nəticə verməməsi və gecikməsi ilə bağlı belə bir bəyanat veriblər:

“Nüvə sazişinin müvəffəqiyyətlə nəticəyə çatması üçün İranın öhdəlikləri və niyyətləri ilə bağlı ciddi tərdidlər var.”

Xəbəri paylaş

VİDEOLAR