İran-Türkiyə sərhədində daha iki qapı açılır

İran-Türkiyə sərhədində daha iki qapı açılır

Türkiyə və İran Parlamentlərarası Dostluq Qrupunun sədri Kayhan Türkmenoğlu İrana iki yeni sərhəd qapısının açılacağını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Türkmenoğlu deyib:

"Hazırda İranla 3 aktiv sərhəd qapımız var. Esendere və Gürbulak tranzitə açıq sərhəd qapılarımızdır. Sərnişin avtomobillərinin Kapıköy (Razi) sərhədindən daxil olmasına icazə verilir. Liderlərin səyləri ilə. İki ölkə liderlərinin səyləri ilə bu sərhəd terminalı da yaxın 6 ay ərzində tranzit zonada fəaliyyətə başlayacaq".

Türkmenoğlu həmçinin bildirib:

"İki ölkə arasında iki yeni sərhəd qapısı açmağı planlaşdırırıq".

Xəbəri paylaş

VİDEOLAR