Bu barədə İran XİN-dən məlumat verilib.
Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, Rusiya prezidentinin Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentyev və Rusiya XİN başçısının müavini Sergey Verşinin İran XİN başçısı Hüseyn Əmir Abdullahiyanla danışıqlar aparıb.
“İki ölkə arasındakı regional əməkdaşlıq barədə danışarkən Abdullahiyan iki ölkənin Suriyadakı birgə əməkdaşlığını olduqca uğurlu bir təcrübə kimi səciyyələndirib. Həmin təcrübə Suriyanın xalqının iradə və arzuları üzərində formalaşıb”, - deyə İran XİN-dən qeyd edilib.